x
Loading...

Gündən-günə gözəlləşən Astara

Gündən-günə gözəlləşən Astara
16:58 29 Yanvar 2015
354 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Astara, 29 yanvar, Bağır Əliyev, AzərTAc
Astara Rayon İcra Hakimiyyətinin şəhər, qəsəbə və kənd inzibati dairəsi üzrə nümayəndəliklərdə 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları yüksək mütəşəkkillik və siyasi fəallıq şəraitində keçirilir. Yığıncaqlarda ötən ildə görülmüş işlərə yekun vurulur, cari il üçün vəzifələr müəyyənləşdirilir.
AzərTAc xəbər verir ki, rayon mərkəzi kitabxanasında şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.
Toplantıda ərazi icra nümayəndəsi Şahverən Cavadov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş regionların sosial–iqtisadi inkişafı Dövlət proqramları əsasında aparılan iqtisadi islahatlar rayonun, o cümlədən Astara şəhərinin dinamik inkişafında da çox mühüm və əhəmiyyətli rol oynayıb. Aparılan tikinti, quruculuq və abadlıq işləri Astaranın simasını dəyişdirib, iqtisadi potensialını artırıb.
Qeyd olunub ki, ötən il Astara şəhərində Xəzər dənizi sahilində 8 hektar sahədə park-bulvarın tikintisinə başlanılıb. Əraziyə 250 min kubmetr torpaq daşınaraq bataqlıq sahə qurudulub, qısa müddətdə sahil boyu 600 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir-beton konstruksiyası ilə betonlanıb. Bulvarda 14 min kvadratmetr travertin materialı düzülüb, işıqlandırma sistemi quraşdırılıb, iki ədəd fəvvarə inşa edilib. Parkın ərazisində əyləncə mərkəzinin, “Çay evi” və kafenin, attraksionların quraşdırılması, mini futbol və voleybol meydançalarının tikintisi nəzərdə tutulub.
Bildirilib ki, hesabat dövründə ötən il Heydər Əliyev prospektindən “Relaks” istirahət mərkəzinə 450 metr uzunluğunda su xətti çəkilib, Aydın Məmmədov küçəsində dördmərtəbəli, 50 ailəli binanın zirzəmi hissəsində su xətti yenidən qurulub.
Ötən müddətdə şəhərin Qum və Nizami küçələrində tikinti və abadlıq işləri aparılıb, işıqlandırma sistemi yenidən qurulub. Şəhər ərazisindəki çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilib, fasadları yeni dizaynda təmir edilib.
Hesabat yığıncağında çıxış edənlər yola saldığımız ildə respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda, o cümlədən rayon mərkəzində geniş quruculuq və tikinti işlərinin aparıldığını, vətəndaşların təkliflərinə həssaslıqla yanaşıldığını, əvvəlki hesabat yığıncağında qaldırılan məsələlərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlər görüldüyünü diqqətə çatdırıblar.
Çıxış edənlər, həmçinin şəhər 2 nömrəli tam orta məktəbinin, 3, 4 nömrəli körpələr evi və uşaq bağçalarının əsaslı təmiri, şəhərdə “Kitab evi”nin tikilməsi, ara yolların təmiri, icarəyə verilmiş torpaqlardan səmərəli istifadə edilməsi, prospekt və küçələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə məhdudlaşdırıcı yol nişanlarının qoyulması və digər vacib məsələlərlə bağlı təkliflərini bildiriblər.
Diqqətə çatdırılıb ki, bu gün Astaraya gələn qonaqlar bu gözəl və yaraşıqlı diyara heyran qaldıqlarını etiraf edirlər. Təəssüf ki, min bir zəhmətlə yaradılan bu gözəlliyə, ictimai yaşayış binalarında aparılan yenidənqurma və əsaslı təmir işlərinə biganə qalan bəzi sakinlər onların qorunması üçün səy göstərmirlər.
Hesabat yığıncağında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunden_gune_gozellesen_Astara-828374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR