Tehranda fəaliyyət göstərən sərgi-yarmarkada Azərbaycana aid bölmə maraqla ziyarət olunub

Tehranda fəaliyyət göstərən sərgi-yarmarkada Azərbaycana aid bölmə maraqla ziyarət olunub
17:03 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Tehran, 29 yanvar, Rabil Kətanov, AzərTAc
Yanvarın 29-da İran İslam Respublikasının Diplomatik Qadınlar Cəmiyyəti tərəfindən xarici işlər nazirliyinin Beynəlxalq Araşdırmalar və Tədris Mərkəzində xeyriyyə məqsədi ilə sərgi-yarmarka təşkil olunub.
Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətlərinə həsr edilmiş maraqlı kitab və jurnallar, müxtəlif suvenirlər, dövlət rəmzləri və digər materiallarla zəngin olan bölmədə böyük ölçüdə dövlət bayrağımız da yerləşdirilib.
Təşkilat Komitəsinin sərgi-yarmarkanın nəticələri barədə yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasına aid bölmə xüsusi fəallıq göstərib və ziyarətçilər tərəfindən maraqla izlənilir.
Azərbaycanın İrandakı səfirliyi tərəfindən hazırlanmış bölmədə ziyarətçilərə ölkəmizə aid çoxlu sayda əyani vəsait paylanıb.
Yanvarın 30-dək davam edəcək sərgi-yarmarkadan əldə olunan gəlir təşkilat komitəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsi üçün sərf olunacaq.

Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehranda_fealiyyet_gosteren_sergi_yarmarkada_Azerbaycana_aid_bolme_maraqla_ziyaret_olunub-828377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR