Azərbaycan prezidenti “Şahdağ” qış-yay turizm kompleksində olub

17:07 29 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 17:03 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar.

APA-nın məlumatına görə, dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.


Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib. Sonra dövlət başçısı və xanımı otel nömrələri ilə tanış olublar. Otellə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşüb.

 

Prezident və xanımı həmçinin “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər. Dövlət başçısı 1 nömrəli kanat yolunu işə salıb.



Dövlət başçısı və xanımı kanat yolunu sınaqdan keçiriblər.
 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR