"SOCAR ENERJY GEORGIA GAS" şirkətinin rəhbəri: "Gürcüstanda 80%-dən çox qazlaşdırma həyata keçirəcəyik"

20:07 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 19:57 ]

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Gürcüstanda qazlaşdırma fəaliyyətimiz Gürcüstanın İqtisadiyyat Nazirliyi ilə 2008-ci ildə imzalanmış investisiya müqaviləsi əsasında həyata keçirilir. Həmin müqaviləyə əsasən biz tikinti işləri görür və yeni qaz şəbəkələri yaradırıq”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "SOCAR ENERJY GEORGIA GAS" şirkətinin rəhbəri Azər Məmmədov APA-ya açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, şirkət tərəfindən bu günədək Gürcüstanda 200 minə qədər qədər potensial abunəçi üçün qaz şəbəkəsi yaradılıb: “2013-cü ilin dekabr ayında ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirakı ilə imzalanmış memorandum əsasında bizim öhdəliklərimiz 150 mindən 250 min potensial abunəçiyə yüksəldi. Bu layihə 2017-ci ilin sonuna kimi olan dövrü əhatə edir. Hər il biz tikilən obyektlərin siyahısını Energetika Nazirliyi ilə razılaşdırırıq, sonra tikinti planı təsdiq olunur və təsisçi tərəfdən investisiyalar ayrılır”.

 

A.Məmmədov gələn il investisiyadan əlavə təxminən 32 min abunəçiyə qaz çəkmək planlaşdırıldığını da bildirib: "Nəticə olaraq investisiya layihəsinin axırında Gürcüstanda 80%-dən çox qazlaşdırma həyata keçirəcəyik. Biz əsasən azərbaycanlıların kompakt yaşadığı Marneuli, Qardabani, Bolnisi və digər bölgələrə diqqət yetiririk. Soydaşlarımızın yaşadığı kəndlərdə abunəçinin evinə qaz verəndə evlərin sənədlərinin (kupçaların) dövlət reyestrindən keçmədiyinin şahidi oluruq. Bu sahədə azərbaycanlı abunəçilərin çətinlikləri mövcuddur. Bu məsələ ilə əlaqədar nazirliklə danışıqlar aparır və çətinlikləri aradan qaldırmağa çalışırıq".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR