Play Store

Yeni “Neoline X-COP 9500s” qurğusu Azərbaycanın stasionar radar koordinatları bazasına çıxışa malikdir

Yeni “Neoline X-COP 9500s” qurğusu Azərbaycanın stasionar radar koordinatları bazasına çıxışa malikdir
17:11 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Neoline” şirkəti videoqeydiyyat və radar-detektor imkanlarını birləşdirən "X-COP 9500s” hibrid qurğusunu təqdim edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, model “Ambarella A7LA50” prosessoru, “Aptina AR0330” matris və altı linzadan ibarət obyektiv ilə təchiz edilib. Qurğu videonu “SuperHD” (2304 x 1296 piksel) ölçüsündə saniyədə 30 kadr tezliyində yaza bilər.

Yazılar 64 GB-dək həcmli mikro SD yaddaş kartında saxlanılır. Qurğu yüksək işığa həssaslığı və 155 dərəcə geniş bucaq görünüşünü təmin edir.
 
Bundan başqa, “Neoline X-COP 9500s”-da işıqlanmanın dəyişməsi zamanı, misal üçün, gecə trasında, çəkilişin keyfiyyətini yaxşılaşdıran “WDR” (Wide Dynamic Range) texnologiyası mövcuddur.
 
Hibridə eyni zamanda iki naviqasiya sistemi tətbiq edilib - GPS və GLONASS. Onlar polis radarlarının koordinatlarının təyin edilməsini müəyyən edir: azgüclü spidqanlardan başlayaraq, “Strelka” sistemini, adi detektor kompleksləri üçün görünməyən “Avtodoriya” kompleksləri daxil edən  stasionar sürət nəzarəti komplekslərinədək.
“Neoline X-COP 9500s” eyni zamanda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ermənistan və Avropa İttifaqı ölkələrinin yollarında stasionar radar koordinatları bazasına çıxışa malikdir. Koordinat bazası daim genişlənir və həmişə “Neoline” saytında yüklənməyə açıqdır.
Model 3 düym diaqonallı sensor IPS-ekranla təchiz edilib.
 
Bundan başqa, “Neoline X-COP 9500s” daim avtomobilin mövqeyini yol nişanlarına uyğun izləyir.
 
Avtomobil cari hərəkət zolağından özündən asılı olmayaraq səmtini dəyişdiyi halda, həyəcan siqnalı  çalmağa başlayır və displeyə müvafiq məlumat çıxır.
 
Aynur Vəliyeva
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35033-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR