x
Loading...
.

Prezident və xanımı “Şahdağ” qış-yay turizm kompleksində

Prezident və xanımı “Şahdağ” qış-yay turizm kompleksində
17:14 29 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar. Lent.az-ın məlumatına görə, dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.

Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib. “Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal-qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı var.

“Park Chalet” otelinin baş meneceri Stüart De San Nikolas bildirdi ki, bu otel yeni yaradılan “Absheron Hotel Group” şirkətinin ikinci otelidir. Dövlət başçısı və xanımı otel nömrələri ilə tanış olublar.

Məlumat verilib ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Otelin biznes mərkəzi 7 gün 24 saat fəaliyyətdədir. Otellə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşüb.

Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər. Dövlət başçısı 1 nömrəli kanat yolunu işə salıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kanat yolunu sınaqdan keçiriblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR