x
Loading...

Fərqlənən nəzarətçi-müəllimlər mükafatlandırılıblar

17:23 29 Yanvar 2015
451 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 29 yanvar, AzərTAc
Yanvarın 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ildə keçirilmiş imtahanlarda müvafiq göstəricilərinə görə fərqlənən nəzarətçi-müəllimləri mükafatlandırıb.
Komissiyadan AzərTAc-a bildiriblər ki, TQDK tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara orta ümumtəhsil müəssisələrindən nəzarətçi kimi cəlb olunan müəllimlərin imtahan prosesində səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil edilir. Bu zaman çoxsaylı parametrlər - nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə qabiliyyəti, imtahan sənədləri ilə işləmə bacarığı qiymətləndirilir. Eyni zamanda, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri və s. əsas götürülür. Aparılmış araşdırmalar və təhlillər nəticəsində imtahan prosesində vəzifələrini obyektiv, peşəkar səviyyədə və qaydalar çərçivəsində yerinə yetirən nəzarətçi-müəllimlər müəyyən olunur.
Mükafatlandırma mərasimində TQDK-nın sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, onların üzərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində nəzarətçi-müəllimlərin xidmətlərindən danışıb.
Bildirilib ki, 2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb olunan 14 min 392 müəllimdən 9 min 61 nəfəri buraxılış imtahanlarında, 6 min 558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltifi barədə qərar qəbul olunub.
M.Abbaszadə xatırladıb ki, indiyədək TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2 min 17 nəzarətçiyə təşəkkür elan edilib, 248 müəllim fəxri fərmanla təltif olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ferqlenen_nezaretchi_muellimler_mukafatlandiriliblar-828387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR