Koreya Obamanı təhqir etdi

Koreya Obamanı təhqir etdi
20:26 27 Dekabr 2014
87 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya ABŞ prezidenti Barak Obamanı tropik meşədə yaşayan meymun adlandırıb.

ANS PRESS xəbər verir ki, Şimali Koreya rəhbərliyi ölkəyə gələn İnternet xəttinin kəsilməsində və "Müsahibə" filminə görə ABŞ prezidentini gunahlandırır.

Koreya Xalq Demokratik Respublikanın Milli Müdafiə Komitəsi ABŞ prezidenti Barak Obamanın ünvanına kəskin irqçi hücumlar edib.

“Obama həmişə öz sözlərində və hərəkətlərində tropik meşədə olan meymun kimi ağılsız şəkildə davranır”, - deyə komitənin adı açıqlamayan mətbuat katibi bildirib.

“Associated Press”in yaydığı məlumatda bildirilir ki, Koreya Xalq Demokratik Respublikası "Müsahibə" filminin arxasında Obama durduğuna inanır. Filmdə Şimali Koreyanın lideri Kim Çen İn sui-qəsd qurbanı kimi təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR