Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan gəncliyi

Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan gəncliyi
17:23 29 Yanvar 2015
976 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 29 yanvar, AzərTAc
Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin gənclər və idman idarəsi ilə birgə təşkil etdiyi tədbirdə çıxış edənlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar.
Bildirilib ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edib. Dahi rəhbər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissəsindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılıb.
Diskussiya şəraitində keçən tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyev_ve_muasir_Azerbaycan_gencliyi-828388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR