“Biz hansı insan hüquqlarından danışa bilərik?” - Ancelina Coli

“Biz hansı insan hüquqlarından danışa bilərik?” - Ancelina Coli
17:26 29 Yanvar 2015
386 Şou
Ölkə mətbuatı
A- A+

Ötən bazar günü İraqa səyahət edən BMT-nin xoşməramlı səfiri, dünya şöhrətli aktrisa Ancelina Coli “The New York Times” qəzetinə məktub ünvanlayıb.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, indiyə kimi bir neçə dəfə bu regiona səfər etdiyini, ancaq heç vaxt indiki qədər sarsılmadığını yazan Ancelina çadırlarda insanların həyat hekayələrini dinləyərkən nitqinin quruduğunu bildirib:

“Yaşadığı anbarı təsvir edən, neçə dəfə kişilər tərəfindən zorlanmaq təhlükəsi ilə üzləşən, bunu eşitdikdən sonra qardaşı intihar edən 13 yaşlı qıza nə demək olar?".

Aktrisa məktubundan müharibə qurbanlarının taleyinə diqqət çəkməyə çalışıb:

“İraqda və Suriyada hər gün baş verən cinayətlərə diqqət ayırmasaq, biz hansı insan hüquqlarının müdafiəsindən danışa bilərik?”.

O, qaçqın düşərgələrində yaşayan insanlara qayğı göstərməyin vacibliyini vurğulayıb.

Xatırladaq ki, aktrisa İraqın Duhok əyalətinin Hanke çadır düşərgəsində yezidi kürdlərini ziyarət etmişdi.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR