x
Loading...

Ermənistanda prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

Ermənistanda prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirilir
17:38 29 Yanvar 2015
406 Dünya
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Ermənistan hökumətinin binası yaxınlığında başlayan etiraz aksiyası yerini prezident iqamətgahı qarşısına dəyişib. Aksiya iştirakçıları fevralın 1-dən qüvvəyə minəcək “Dövryyədən vergi haqqında” qanunun ləğv edilməsini tələb edirlər. Bu barədə Trend “Armtoday” saytına istinadən xəbər verir.

Prezidentin iqamətgahı qarşısına minlərlə adam toplaşıb. Onların sayı getdikcə artır. Öz etirazlarını bildirmək üçün Yerevana başqa əyalətlərdən sakinlər də gəliblər.

Aksiya iştirakçıları qanunun qüvvəyə minməsinin dayandırılmasını və Prezident Serj Sarkisyandan problemi həll etməyi tələb edirlər.

Əksəriyyəti ticarətçilərdən ibarət olan aksiya iştirakçıları deyirlər: “Biz getdikcə çoxalırıq, hakimiyyət bizim tələblərimizlə hesablaşmalıdır. Biz darvazaları açıb içəri daxil olacağıq”.

Onlar sonadək mübarizə aparmaq niyyətində olduqlarını bəyan edirlər.

Qeyd edək ki, prezident iqamətgahı qarşısında çoxlu sayda polis cəmləşib. Aksiyanın iştirakçıları küçənin əks tərəfinə sıxışdırılıb, onlara bilavasitə binaya yaxınlaşmağa icazə vermirlər. Polis öz hərəkətlərini onunla əsaslandırır ki, qanuna əsasən belə aksiyalar prezident iqamətgahından kənar məsafədə keçirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2358629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR