İnvestisiyaların kənd təsərrüfatı istehsalına xidmət edən bazar infrastrukturuna yönəldilməsi zəruri hesab edilir

17:53 29 Yanvar 2015
359 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc 
FAO-nun hesablamalarına görə, qlobal səviyyədə istehsal həcmini lazımi səviyyədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatına tələb olunan illik xalis investisiya qoyuluşu təqribən 83 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu investisiyaların 60 faizdən çoxunun məhz kənd təsərrüfatı istehsalına xidmət edən bazar infrastrukturuna yönəldilməsi zəruri hesab edilir.
AzərTAc xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
H. Əsədov deyib ki, bütün bunlar, Azərbaycan dövlətinin anbar-tədarük və topdansatış bazar infrastrukturunun inkişafını dəstəkləməklə bağlı siyasətinin qlobal çağırışlarla tam səsləşdiyini göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Investisiyalarin_kend_teserrufati_istehsalina_xidmet_eden_bazar_infrastrukturuna_yoneldilmesi_zeruri_hesab_edilir-828406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR