Bakı, 29 yanvar, AzərTAc
Dünya Bankının ardınca Beynəlxalq Valyuta Fondu da (BVF) onlayn rejimində iqtsadi məlumatlarına sərbəst girişi təmin etmək qərarına gəlib.
BVF-nin başçısı Kristian Laqardın təqdim etdiyi yeni platformada BVF-nin üzvü olan dövlətlərin çoxunun iqtisadiyyatlarının bütün sektorları haqqında makroiqtisadi məlumatlar yerləşir.
Saytda valyuta məzənnələri, beynəlxalq likvidlik, pul və bank fəaliyyəti, faiz dərəcələri, dünya qiymətləri barədə məlumatlar yer alıb. Burada istehsalat, beynəlxalq əməliyyatlar, dövlət və milli hesablar, ölkələr arasında ixracat-idxalat, xarici ticarət fəaliyyəti barədə də informasiya var.
Qeydiyyatdan keçən istifadəçilər məlumatları sayta yükləyib onları mübadilə edə bilərlər.