x
Loading...

Almaniya cəmiyyətinin nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetində olublar

Almaniya cəmiyyətinin nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetində olublar
18:18 29 Yanvar 2015
383 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 29 yanvar, AzərTAc
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin yeni rəhbəri xanım Sonya Fontayn və bu qurumun sabiq rəhbəri Henning Tvesten ilə görüş keçirilib.
ATMU-dan AzərTAc-a bildirilib ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Cəfər Cəfərov Azərbaycan Turizm İnstitutu və onun bazasında yaradılan ATMU-nun tədris siyasəti, ixtisaslar, mövcud problemlər və qarşıda duran vəzifələrdən danışıb. Rektor, eyni zamanda, bu ali təhsil ocağını inkişafa istiqamətləndirə bilən strateji məqsədin reallaşması mexanizmi ilə bağlı düşüncələrini də bölüşüb.
Görüşdə ATMU ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında indiyədək görülən işlər təhlil edilib, bu qurumlar arasında mümkün əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniya_cemiyyetinin_numayendeleri_Azerbaycan_Turizm_ve_Menecment_Universitetinde_olublar-828420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR