Zəfər Quliyev Bülbülədə dəfn olunacaq

Zəfər Quliyev Bülbülədə dəfn olunacaq
18:19 29 Yanvar 2015
666 Sosial
Ölkə mətbuatı
A- A+

 

Bu gün Tiflisdə vəfat edən tanınmış politoloq Zəfər Quliyevin dəfn mərasimi sabah olacaq. Lent.az-ın “musavat.com”a istinadən xəbərinə görə, bu barədə "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə status yazıb: 

 

"Redaksiyaya və mənə edilən çoxsaylı müraciətləri nəzərə alaraq, bu statusu yazıram.

Hazırda Zəfər bəyin cənazəsi Gürcüstandan Bakıya gətirilir. Bu gecə saat 1-2 radələrində paytaxtımıza çatacaq. Yas yeri, vida mərasimi Zəfər bəyin "Gənclik" metrostansiyası yaxınlığındakı evində olacaq. Dəfn mərasimi sabah Bülbülə kəndindəki qəbiristanlıqda keçiriləcək”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR