Play Store

Facebook mobil rekord vurur

Facebook mobil rekord vurur
18:37 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Hər ay 1,19 milyard istifadəçi Facebook sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olur ki, bu da 1,39 milyardlıq ümumi aylıq aktiv auditoriyanın təxminən 86 faizi deməkdir. Bu barədə Facebookun məlumatında deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, sosial şəbəkənin mobil auditoriya göstəricisi ötən illə müqayisədə dörddə bir dəfə artıb.
 
Mobil auditoriyanın aktiv artımı şirkətə fayda gətirir. Mobil texnologiyaların inkişafını şirkət rəhbəri Mark Zukerberq hazırda sosial şəbəkənin əsas prioriteti adlandırır. Şirkət sosial şəbəkənin əlavələri ilə yanaşı, WhatsApp və Instagram servislərinə sahibdir, habelə Paper və Messenger Slingshot, Groups əlavələrini və Rooms anonim müzakirələr xidmətini inkişaf etdirir.
 
Hər gün sosial şəbəkəyə mobil telefonlardan 745 milyon insan daxil olur. Facebookun bu göstəricisi daha aktiv templərlə (ötən illə müqayisədə 34 faiz) artıb. Bununla yanaşı, sosial şəbəkənin gündəlik ümumi aktiv auditoriyası 890 milyon istifadəçi təşkil edir.
 
Ümumi aktiv auditoriyanın sayı istifadəçilərin cəlbediciliyini əks etdirir ki, bu parametr də Facebookun reklam biznesi üçün əhəmiyyətlidir. Şəbəkəyə hər gün mobil telefonlarla daxil olan istifadəçi sayının aktiv artımı mobil reklamın mədaxildə il ərzində payının 53 faizdən 69 faizədək artmasını nümayiş etdirir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/321665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR