Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirildi

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirildi
21:48 27 Dekabr 2014
69 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Dekabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 13 dekabr və 24 dekabr 2014-cü il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əladədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması prinsipini əsas götürən Komissiya, Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq daxil olan müraciətlərə iclasda operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul etdi.

İclasda cari məsələlərə də baxıldı.

Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR