İrəvanda narazı ticarətçilər prezident sarayına doğru yürüş ediblər

18:57 29 Yanvar 2015
413 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 18:53 ]

Bakı. Rüfət Əhmədzadə – APA. Ermənistan paytaxtında minlərlə nümayişçi prezident sarayına doğru yürüş ediblər.

APA-nın “Azatutyun”a istinadən verdiyi məlumata görə, günorta saatlarında Nazirlər Kabineti binasının qarşısında toplaşan ticarətçilər baş nazir Ovik Abramyanın onlarla görüş tələbini rədd etməsindən sonra prezident sarayına doğru istiqamət alıblar.

 

Prezident Sarayının qarşısında toplaşanlar “Dövriyyədən vergi haqqında” qanunun ləğvini tələb ediblər.

 

Aksiyanın iğtişaşa çevrilməsindən narahat olan İrəvan polisinin rəisi Aşot Karapetyan və onun müavini Valeriy Osipyan mitinqə rəhbərlik edən iki şəxslə görüşüblər. Görüşdən sonra həmin şəxslər aksiyanın dinc şəraitdə davam etdirilməsi xahişi ilə etirazçılara müraciət ediblər.

 

Aksiya iştirakçılarının tələblərinin yerinə yetirilib-yetirilməsi barədə məlumat yoxdur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR