x
Loading...

Ermənilər ATƏT-in İrəvan ofisinin bağlanmasını tələb edirlər

Ermənilər ATƏT-in İrəvan ofisinin bağlanmasını tələb edirlər
19:04 29 Yanvar 2015
92 Dünya
Ölkə mətbuatı
A- A+
.

Ermənistanda 10-a yaxın vətəndaş ATƏT-in İrəvan ofisinə bu nümayəndəliyin Ermənistandakı fəaliyyətini dayandırmasını tələb edən məktub veriblər.

 

APA-nın “News.am” saytına istinadən xəbərinə görə, aksiyanın təşəbbüskarı Karen Vardanyan bildirib ki, onlar ATƏT-in Ermənistandakı nümayəndəliyinin fəaliyyətini mənasız hesab edirlər: “Çünki ofis formal bəyanatlar verməkdən savayı heç nə etmir”.

 

ATƏT-in İrəvan ofisinin bağlanmasını tələb edənlər cəbhə xəttində hər gün gərginliyin yaşandığını, “yeganə təxribatçının Azərbaycan olduğunu”, ATƏT-in isə vasitəçi kimi bu istiqamətdə heç bir iş görmədiyini iddia ediblər.

 

ATƏT formal bəyanatlarla çıxış edir, hər iki tərəfi sakitliyə çağırır, amma onlar da çox gözəl bilirlər ki, bunun heç bir mənası yoxdur”, - deyə K.Vardanyan qeyd edib. Onun sözlərinə görə, “ATƏT Azərbaycanın təcavüzünün susqun himayədarıdır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR