Məşhur aktrisa özünü biabır etdi

Məşhur aktrisa özünü biabır etdi
21:51 27 Dekabr 2014
709 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur türk aktrisa Serenay Sarıkaya etdiyi hərəkəti ilə biabır olub.

ANS PRESS-in məlumatına görə, Serenay Sarıkaya intellektual görünmək istəyərkən gülməli vəziyyətə düşüb.

Serenay Sarıkaya sosial şəbəkədəki profilində "Kürk Mantolu Madonna" və "Ben uyurken gitseydin" adlı kitabları paylaşıb:

“Bunları şirinim göndərib, neçə vaxtdır paylaşmağı unutmuşam. "Kürk Mantıqlı Madonna" onsuzda ən sevdiyim kitabdır. Digərini də ən yaxın zamanda oxuyacağam".

Aktrisanın bu zaman oxuduğunu bildirdiyi kitabın adını yalnış yazması izləyicilərin diqqətindən qaçmayıb.

Kitabın adını səhv yazdığına görə, izləyiciləri aktrisanı tənqid edib.

"Məndə də "Kürk Mantolu Madonna "var, nə cahilsən" kimi şərhlər aktrisaya ünvanlanıb.

Bu sözlərdən sonra yazdığını silən Serenay Sarıkaya kitabın adını düzəldərək yenidən paylaşıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=316666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR