Misir Mədəniyyət Mərkəzinin rəhbəri Dövlət İdarəçilik Akademiyasında olub

19:38 29 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
Yanvarın 29-da Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
Mədəniyyət Mərkəzindən AzərTAc-a bildirilib ki, görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixindən, fəaliyyətindən danışıb.
Əhməd Sami əl-Aydi Misir Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətlərindən, 15 ildə Azərbaycanda gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söhbət açıb.
Görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin gələn ay DİA-da Misir mədəniyyətinə həsr olunan sərginin və mühazirələrin keçirilməsi təklifləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_Medeniyyet_Merkezinin_rehberi_Dovlet_Idarechilik_Akademiyasinda_olub-828446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR