Məşhur aktyor qəzaya düşdüyü maşını satır (FOTO)

Məşhur aktyor qəzaya düşdüyü maşını satır (FOTO)
20:06 29 Yanvar 2015
523 Şou
Ölkə mətbuatı
A- A+

Britaniyalı aktyor, daha çox "Mister Bin" obrazı ilə tanınan Rouen Atkinson bahalı avtomobillər kolleksiyasından olan McLaren F1 GTR-i satışa çıxarıb.

ANS PRESS-in buro247.az-a isitnadən verdiyi məlumata görə, avtomobilin ilkin satış qiyməti 12 milyon dollardır (təxminən 9 milyon 400 min manat). "McLaren F1 GTR" modelinin maksimal sürəti 380 km/saatdır. 10 illik istismar zamanı avtomobil təqribən 41 min kilometr qət edib. R.Atkinson bu maşından alış-verişə yollanmaq və övladlarını məktəbə aparmaq üçün istifadə edib.

Aktyor bu maşının sükanı arxasında 2 dəfə qəzaya düşüb. 1999-cu ildə maşının kapotu qəzada tamamilə dağılıb. Bunun təmiri üçün 100 min funt sterlinq (təxminən 119 min manat) xərclənmişdi.

2011-ci ilin avqustunda isə aktyor bu maşında daha ağır qəzaya düşüb. Təmirə bir il vaxt və 1 milyon funt-sterlinq (1 milyon 187 min manat) xərclənib.

Qeyd edək ki, Rouen Atkisonun qarajında 13 superkar var.



















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR