Vlade Divats: Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək

20:08 29 Yanvar 2015
577 İdman
Ölkə mətbuatı
A- A+


Belqrad, 29 yanvar, AzərTAc
Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov bu ölkənin Olimpiya Komitəsinin sədri Vlade Divats ilə görüşüb. Əsasən “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə tərəflər ölkələrimiz arasında idman sahəsində əlaqələrin inkişafına, Serbiyanın Olimpiya komandasının bu mötəbər tədbirə hazırlıqlarına dair fikir mübadiləsi aparıblar.
V.Divats Azərbaycanın Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirib. Yarışların keçirilməsi üçün ayrılan obyektlərlə tanış olmaq imkanı əldə etdiyini deyən Serbiya Olimpiya Komitəsinin sədri Azərbaycanın mükəmməl ev sahibi kimi özünü təsdiq edəcəyini vurğulayıb. O, ümid etdiyini bildirib ki, böyük uğurları olan serbiyalı idmançılar ilk Avropa Oyunlarından da yaxşı nəticələrlə qayıdacaqlar.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri,
Belqrad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vlade_Divats_Azerbaycan_ilk_Avropa_Oyunlarina_yuksek_seviyyede_ev_sahibliyi_edecek-828460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR