Play Store

Gürcüstan baş nazirinin müavini Georgi Kvirikaşvili: "Bakı-Tiflis-Qars dəmir yolu layihəsi tikintisinin ilin sonunadək başa çatdırılması üçün bütün şərait var"

20:42 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 20:22 ]

Gürcüstan. Nizami Məmmədzdə-APA. "Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilin sonunda başa çatdırılacaq. Bunun üçün bütün istənilən şərait var".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu gün Gürcüstan  hökumətinin iclasında baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili bildirib.


Georgi Kvirikaşvili hökumət üzvlərini məlumatlandıraraq bildirib ki, BTQ-nın Gürcüstan hissəsində dəmir yol relslərinin çəkilişi başa çatıb. Onun sözlərinə görə, qatarların keçidi üçün təkər oxunun dəyişdirilməsi üçün məntəqənin və Axalkalaki stansiyasının tikintisini həyata keçirmək lazımdır: "Türkiyə tərəfdə tunel tikintisi getdikcə intensivləşir. Fakt olaraq, BTQ layihəsinin ilin sonunda istismara verilməsi üçün bütün istənilən şərait var. Bu layihə həqiqətən, strateji əhəmiyyətə malikdir. Bu istiqamətdə şirkətlərin uğuru böyükdür", deyə G. Kvirikaşvili bildirib.

Qeyd edək ki, yanvarın 28-də Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili,  Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və digər rəsmi şəxslər BTQ-nin Gürcüstan hissəsindəki Axalkalaki-Kartsaxi dəmir yolunun təqdimatı zamanı birinci sınaq qatarının sərnişinləri olublar.
 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR