6 top buraxdığına görə qovuldu

6 top buraxdığına görə qovuldu
20:48 29 Yanvar 2015
789 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Məftun Salmanov/

Şotlandiyanın "Dandi" futbol klubunun rəhbərliyi alman qapıçı Arvid Şenki komandadan qovub.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb onun ölkə çempionatında "Dandi Yunayted" ilə oyunda 6 top buraxması olub.

Derbi "Dandi"nin 2:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, qapıçının komandada ilk və sonuncu oyunu olub. 25 yaşlı qapıçı ötən ilin oktyabrında komanda ilə müqavilə bağlamışdı. Beləliklə, o, komandada cəmi 4 ay qala bilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2358735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR