Pakistanda 35 terrorçu öldürüldü

Pakistanda 35 terrorçu öldürüldü
22:21 27 Dekabr 2014
106 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistan ordusu Əfqanıstanla sərhədində yerləşən Şimali Vəziristan əyalətində silahlı qruplaşma üzvlərinə qarşı xüsusi əməliyyat keçirib.

ANS PRESS-in məlumatına görə, əməliyyat nəticəsində azı 35 döyüşçünün öldürüldüyü bildirilir. Pakistan ordusunun komandanlığı zərərsizləşdirilənlər arasında bir neçə səhra komandirinin də olduğunu açıqlayıb.

Reyd nəticəsində qruplaşma üzvlərinin istifadə etdiyi yeraltı tunellər sistemini məhv etmək də mümkün olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR