Mart ayında “Gəncə-2016: Gələcəyə Baxış” forumu keçiriləcək

Mart ayında “Gəncə-2016: Gələcəyə Baxış” forumu keçiriləcək
21:28 29 Yanvar 2015
570 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc 
Bu ilin martında Bakıda və Gəncədə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGMTŞ), Prezident yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi tərəfindən “Gəncə-2016: Gələcəyə Baxış” forumu keçiriləcək.
Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin, “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı”nın Təşkilat Komitəsinin, 2009-cu ildən etibarən Avropanın gənclər paytaxtı olmuş şəhərlərin yerləşdiyi ölkələrin gənclər təşkilatlarının nümayəndələri və ARGTMŞ-ın üzvü olan yerli gənclər qurumlarının rəhbərləri iştirak edəcəklər.
ARGTMŞ-dan AzərTAc-a bildiriblər ki, forumun məqsədi “Avropa Gənclər Paytaxtı” ilə bağlı xarici təcrübənin öyrənilməsi, Gəncədə bu istiqamətdə həyata keçirilən və görüləcək işlərin təqdimatı, yerli gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulmasına və inkişafına dəstək verilməsidir.
Forumda iştirakçılar arasında təcrübə mübadiləsi aparılacaq, layihə çərçivəsində müxtəlif mövzularda sessiyalar keçiriləcək, görülmüş, eləcə də nəzərdə tutulan işlər müzakirə olunacaq. Tədbirdə “Avropa Gənclər Paytaxtı” olmuş şəhərlərin nümayəndələrinin tövsiyə və təklifləri dinləniləcək.
ARGTMŞ-ın baş katibi Seymur Hüseynov bu forumun “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” üçün mühüm önəm daşıdığını və böyük uğur olduğunu bildirib. Qeyd edilib ki, Gəncənin 2016-ci ildə Avropanın gənclər paytaxtı seçilməsi Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlarından biridir. ARGTMŞ uzun müddətdir ki, Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yaradılmış təşkilat komandasının işində yaxından iştirak edir və bu prosesi dəstəkləyib. Bu layihə də “Avropa Gənclər Paytaxtı”nın dəstəklənməsi istiqamətində atılan addımlardan biridir. ARGTMŞ Avropa Gənclər Forumunun üzvüdür və bu qutumun fəaliyyətində Gənclər Milli şuraları ilə daim əməkdaşlıq edir. Bu il “Gəncə 2016 – Avropa Gənclər Paytaxtı” ilə bağlı bir sıra layihə və tədbirlər həyata keçirməyi planlaşdırırıq. Bu tədbirlərdən ən əhəmiyyətlilərindən biri də bu ilin payızında Gəncədə keçiriləcək Avropa Gənclər Forumu üzvlərinin ümumi yığıncağı olacaq.
Qeyd edək ki, “Avropa Gənclər Paytaxtı” üzrə seçkilərə 2009-cu ildən başlanıb. Bu günədək Rotterdam, Turin, Antverpen, Praqa, Maribor, Saloniki şəhərləri “Avropa Gənclər Paytaxtı” adını qazanıb. Gəncə 2014-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilən tədbirdə 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mart_ayinda_Gence_2016_Geleceye_Baxis_forumu_kechirilecek-828488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR