BƏƏ, İordaniya və Küveyt İraqa təmənnasız silah tədarük etməyə hazırdır

22:37 27 Dekabr 2014
83 Dünya
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 22:31 ]

Bakı-APA.  Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Küveyt terrorla mübarizə məqsədilə İraqa təmənnasız silah tədarük etməyə hazır olduqlarını bəyan ediblər.  APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Alghad Press məlumat yayıb.

 

Məlumatda bildirilir ki, İraq hakimiyyəti digər ərəb ölkələrindən yardım istəyib. BƏƏ, İordaniya və Küveyt bu çağırışa reaksiya verərək, terrorla mübarizə üçün İraqa təmənnasız silah tədarük etməyə hazır olduqlarını elan ediblər.

 

Bu arada “İŞİD”-in Mosul şəhərinə rəhbər təyin etdiyi Həsən Səid əl Caburi aviasiya zərbəsi nəticəsində ölüb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR