x
Loading...

İstifadəçilərin 86 faizi “Facebook” şəbəkəsinə mobil telefonlardan daxil olur

İstifadəçilərin 86 faizi “Facebook” şəbəkəsinə mobil telefonlardan daxil olur
21:54 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

Hər ay 1,19 milyard istifadəçi “Facebook” sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olur ki, bu da 1,39 milyardlıq ümumi aylıq aktiv auditoriyanın təxminən 86 faizi deməkdir. Lent.az-ın ICTnews-a istinadən verdiyi xəbərə görə, bu barədə “Facebook”un məlumatında deyilir.

 
Sosial şəbəkənin mobil auditoriya göstəricisi ötən illə müqayisədə dörddə bir dəfə artıb.
 
Mobil auditoriyanın aktiv artımı şirkətə fayda gətirir. Mobil texnologiyaların inkişafını şirkət rəhbəri Mark Zukerberq hazırda sosial şəbəkənin əsas prioriteti adlandırır. Şirkət sosial şəbəkənin əlavələri ilə yanaşı, “WhatsApp” və “Instagram” servislərinə sahibdir, habelə "Paper” və “Messenger” "Slingshot”, “Groups” əlavələrini və “Rooms” anonim müzakirələr xidmətini inkişaf etdirir. 
 
Hər gün sosial şəbəkəyə mobil telefonlardan 745 milyon insan daxil olur. “Facebook”un bu göstəricisi daha aktiv templərlə (ötən illə müqayisədə 34 faiz) artıb. Bununla yanaşı, sosial şəbəkənin gündəlik ümumi aktiv auditoriyası 890 milyon istifadəçi təşkil edir.
 
Ümumi aktiv auditoriyanın sayı istifadəçilərin cəlbediciliyini əks etdirir ki, bu parametr də “Facebook”un reklam biznesi üçün əhəmiyyətlidir. Şəbəkəyə hər gün mobil telefonlarla daxil olan istifadəçi sayının aktiv artımı mobil reklamın mədaxildə il ərzində payının 53 faizdən 69 faizədək artmasını nümayiş etdirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR