Dualar internetdə sifariş olunur

Dualar internetdə sifariş olunur
22:05 29 Yanvar 2015
455 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda hindular dua oxutdurmaq üçün məbədə uzun səfər etməkdən yayınmağın yolunu tapıblar - onlar dua mərasimini internet vastisəilə sifariş etməyə başlayıblar.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Hindistanda indi bir sıra dini vebsaytlar məsafədən dua oxunmasını, xeyir-dua verilməsi kimi xidmətlər təklif edir, The Hindustan Times nəşri yazıb.
 
Hindu dindarlar "puja" adlanan dua oxunma mərasimi də daxil ənənəvi dini ritualları, o cümlədən, sonsuzluqdan tutmuş iş tapılması üçün oxunan dualaradək ənənəvi dini mərasimləri internet vasitəsilə sifariş edə bilirlər.
 
İstifadəçilərdən həmin vebsaytlar yalnız şəxsi məlumatları, təklif olunan siyahıdan müəyyən məbədin seçilməsini və internet vasitəsilə ödənişin göndərilməsini tələb edir.
 
Bunun əvəzində onlar "pujanın" ev şəraitində həyata keçirilməsi üçün lazım olan hər şeyi, o cümlədən, dua yazılmış DVD, qurudulmuş gül ləpələri və digər ləvazimatları bağlma şəklində sifarişçiyə göndərirlər.
 
Bu xidmətin qiyməti 500 rupidən (6.30 AZN) başlayaraq 2000 rupiyə çata bilər.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/48197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR