ABŞ-dan İrana növbəti sanksiya hədəsi

ABŞ-dan İrana növbəti sanksiya hədəsi
22:39 29 Yanvar 2015
460 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Senat Komissiyası İranın nüvə proqramı ilə əlaqədar beynəlxalq razılaşmanın  əldə olunmayacağı təqdirdə  Tehrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.   

 

Qanun layihəsini 18 komissiya üzvü dəstəkləyib, 4 nəfər isə əleyhinə çıxış edib.  

 

Məlumatda qeyd olunur ki, sənəd hələlik Senata səsverməyə göndərilməyəcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR