Azərbaycanlı qadınları fahişəliyə məcbur edən 35 nəfər tutuldu (VİDEO, FOTO)

Azərbaycanlı qadınları fahişəliyə məcbur edən 35 nəfər tutuldu (VİDEO, FOTO)
23:11 29 Yanvar 2015
603 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə jandarmasının keçirdiyi əməliyyat nəticəsində içərisində azərbaycanlıların da olduğu 65 fahişə saxlanılıb.

ANS PRESS-in məlumatına görə, Dənizli şəhərinin Pamukkale rayonunda keçirilən əməliyyatda qadınları zorla fahişəliyə təşviq etməkdə şübhəli bilinən 35 nəfər tutulub.

Əməliyyat çərçivəsində 10 otel və əyləncə mərkəzinə baxış keçirilib. Jandarmanın hərəkətə keçməsinə səbəb Dənizliyə gətirilən əcnəbi qadınların fahişəliyə cəlb edilməsi ilə bağlı intensiv əməliyyat məlumatlarının daxil olması olub.

Əməliyyatda saxlanılan fahişələrin Rusiya, Gürcüstan və Azərbaycandan olduğu bildirilib.

Polis qadınları zorla fahişəliyə cəlb edən 35 nəfərin üzərindən 2 tapança, 4 ov tüfəngi və bunlara aid çox sayda güllə ələ keçirib. 35 şübhəlinin 27-sinin ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Saxlanılan əcnəbi qadınlar ölkədən deportasiya edilməsi üçün Dənizli Təhlükəsizlik Müdirliyinin Xarici Şöbəsinə təhvil verilib.


Denizli'de Fuhuş Çetesine Darbe haberler

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR