Balakəndə baş verən yol qəzasında bir nəfər xəsarət alıb

23:02 27 Dekabr 2014
85 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 22:57 ]

Balakən. Vüqar Heydərov-APA.  Balakəndə baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Qazma kəndində baş verib. 1993-cü il təvəllüdlü, rayonun Qazma sakini Səxavət Rasim oğlu Mamedov idarə etdiyi “VAZ  2107” markalı avtomobillə rayon mərkəzindən Qazma kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxaraq maşını daş hasara vurub.

 

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan sürücü Səxavət Mamedov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Balakən RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan yaralı Səxavət Mamedov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.  

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR