İraqda xristian muxtariyyəti yaradılacaq?

İraqda xristian muxtariyyəti yaradılacaq?
23:47 29 Yanvar 2015
492 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin senatorları İraqda xristian muxtariyyətinin yaradılmasını təklif ediblər.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, senatorlar Ninev bölgəsində xaçpərəstlər üçün muxtar əyalət yaradılması təklifini irəli sürüblər.
 
17 senator ABŞ Dövlət katibi Con Kerriyə məsələ ilə bağlı müraciət ünvanlayıb. Həmçinin senatorlar ABŞ hakimiyyətindən bu regionda assuriyalılar və başqa xristian dininə mənsub azlıqların təqib edilməsinin qarşısını almağı tələb ediblər.
 
Xatırladaq ki, İŞİD ötən il Ninev vadisindən dini azlıqların nümayəndələrini qovmuşdu. Ninevdən təxminən 200 min məcburi qaçqın var.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/48254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR