x
Loading...
.

Vladimir Putinə qəfil dəvət

Vladimir Putinə qəfil dəvət
00:26 30 Yanvar 2015
538 Dünya
Ölkə mətbuatı
A- A+
.

Rusiya prezidenti Vladimir Putinin Almaniyaya dəvət edilməsi təklifi irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, bundestaqın "Sol" fraksiyanın alman deputatı Volfqanq Qerke 2015-ci il mayın 8-də Berlində keçiriləcək İkinci Dünya müharibəsinin 70-ci ildönümünə Vladimir Putini dəvət etməyi təklif edib.

Volfqanq Qerke bu haqda “Tagesspiegel” qəzetinə müsahibəsində bildirib: "Mən bundestaqa Putini dəvət etməyi təklif edirəm. O, parlamentdə çıxış etməlidir".

O, bildirib ki, bununla yanaşı Almaniya prezidenti Yoahim Quk "Qırmızı" meydanda bayram tədbirində iştirak edə və Rusiya Dövlət dumasında çıxış edə bilər.

Daha əvvəl məlum olmuşdu ki, Rusiya lideri Putin Osventsimin azad olmasının 70-illiyinə dəvət edilməyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR