Belarus “Eurovision-2015”-ə duet göndərir

Belarus “Eurovision-2015”-ə duet göndərir
23:31 27 Dekabr 2014
110 Digər
Ölkə mətbuatı
A- A+

“Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinə Belarusdan vəsiqəni Uzari & Maimuna dueti qazanıb.

Milli seçimin qalibi Belteleradio şirkəti tərəfindən dekabrın 26-da təşkil edilən final şousunun yekunlarına əsasən məlum olub. Avropanın nüfuzlu mahnı forumunda Belarusu təmsil etmək hüququ uğrunda 15 finalçı mübarizə aparıb.

Builki müsabiqədə tamaşaçı səsləri nəticənin səkkizdə bir hissəsini təşkil edib. Münsiflər heyətinin 7 üzvü öz ballarını verib, tamaşaçı səsləri isə bir səs kimi nəzərə alınıb. Belarus tamaşaçılarının fikrincə, “Eurovision-2015” müsabiqəsində milli seçimin ən yaxşı üç ifaçısı MUZZART, «МІЛКІ» qrupları və Uzari & Maimuna dueti olub.

Münsiflər heyətinin rəyinə görə, ən yaxşı üçlük aşağıdakılar olub: Uzari & Maimuna (76 bal), Anastasiya Malaşkeviç (66 bal) və həmvətənimiz Günəş Abbasova (62 bal).

Seçim turunun finalında müğənni Uzari skripkaçı Maymunanın müşayiəti ilə ona uğur gətirən “Time” (“Vaxt”) mahnısını ifa edib.

Xatırladaq ki, “Eurovision-2015” mahnı müsabiqəsi Vyanada keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=316689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR