Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var (FOTO)

Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var  (FOTO)
23:33 27 Dekabr 2014
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.

Trend Kəpəz TV-yə istinadan məlumat verir ki, bu gün axşam saat 19:00 radələrində Şəmkirdə 1 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Şəmkir - Kür qəsəbəsi yolunda qeydə alınıb. Rayon sakini Sarif Bayramov sürücüsü olduğu "Audi" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılaraq aşıb. Nəticədə "Audi"nin sərnişini İxtiyar Bağırov hadisə yerindəcə dünyasını dəyişib, ağır bədən xəsarətləri alan Sarif Bayramov Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Avtomobilin digər bir sərnişini Xəyal Babayevin vəziyyəti normal olduğundan ona ambulator yardım göstərilib.

Faktla bağlı Şəmkir rayon Dövlət Yol Polisi Bölməsində araşdırma aparılır.

Qəzanın dəqiq səbələri isə aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR