Bakıda taksi sürücülərinin qənimlərini tutuldu (VİDEO)

Bakıda taksi sürücülərinin qənimlərini tutuldu (VİDEO)
01:21 30 Yanvar 2015
580 Ölkə
Ölkə mətbuatı
A- A+

Taksi sürücüsünə qarşı quldurluq edənlərin problemləri isə hələ bundan sonra başlayıb. Onlar sürücünü hədələyərək pulunu əlindən alıblar. Və polisdən uzağa gedə bilməyiblər, saxlanılıblar.

Zaur Novruzov taksi sürücüsüdür. O, Bakının Yasamal rayonunda maşına müştəri kimi əyləşən tanımadığı iki nəfərin ona qarşı quldurluq etdiyi barədə polisə məlumat verib. Keçirilən əməliyyat nəticəsində quldurluq hadisəsi törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ceyhun Talıbov saxlanılıb. Əvvəllər məhkumluq həyatı yaşayan Ceyhun Talıbov quldurluq yolu ilə Zaur Novruzovun iki ədəd mobil telefonunu əlindən alıb. Nurəddin Hümbətova qarşı isə xuliqanlıq edib. Hadisədən sonra Masallıya gedən Ceyhun Talıbov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı saxlanılıb. Saxlanılan şəxslər bir neçə dəfə quldurluq hadisəsi törətdiklərini etiraf ediblər. Ceyhun Talıbov taksi sürücülərinə hədə qorxu gəlmək gəlmək üçün üzərində bıçaq gəzdirdiyini də bildirib.

Ceyhun Talıbov törətdiyi cinayətlərinin əksəriyyətini tək edib. Bəzilərində isə Murad adlı dostu ona bu işdə köməklik göstərib.

Saxlanılanların sözlərinə görə, əldə etdiyi pul narkotik maddə alaraq istifadə edib. Ceyhun Talıbov hər dəfə pulu qurtaranda quldurluq etmək üçün Masallıdan Bakıya gəlib. O, cinayəti törətmək üçün paytaxta gəlməsini belə izah edib.

Ceyhun Talıbov deyir ki, bütün cinayətlərin hamısını Bakıda edib: "Rayonda bu cür cinayət törətmək mümkün deyil".

Dəstə üzvləri taksi sürücülərində pulun olub-olmadığını da maraqlı bir üsulla müəyyən edirlərmiş. Belə ki, əlində saxta 100 manatlıqla sürücülərə yaxınlaşan Ceyhun pulu xırdalamağa razı olan sürücünün maşınına əyləşirmiş.

Saxlanılan şəxs Murad Teymurov: "Ceyhunda saxta pul olurdu, onun taksi sürücüsünə göstəriridi, sürücü də pulu xırdalayanda götürüb qaçırdıq".

Qeyd edək ki, dəstə üzvlərinin saxlanılmasında paytaxtda quraşdırılan təhlükəsizlik kameralarını da böyük rolu olub. Belə ki, onların törətdikləri cinayətlərinin bəziləri bu kameralar vasitəsilə lentə alınıb.

Faktla bağlı dəstə üzvləri barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Mənbə
ANS TV: Anar Qafarov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR