Şəhid jurnalistlərimiz AŞPA-da yad edildi

Şəhid jurnalistlərimiz AŞPA-da yad edildi
02:21 30 Yanvar 2015
506 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 29-da keçirilən iclasında müzakirəyə çıxarılan “Avropada media azadlığının qorunması“ məruzəsi ətrafında geniş müzakirələr olub.

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib. O deyib: “Mən millət vəkili olmazdan əvvəl uzun illər müxbir işləmiş və bir sıra münaqişə bölgələrində fəaliyyət göstərmiş jurnalist olaraq öncə məruzəçinin münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərə hücumları pisləməsini dəstəkləyərək hesab edirəm ki, bu məsələyə xüsusi diqqət göstərməliyik. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü zamanı münaqişə zonasında olan və ya işləyən jurnalist dostlarını itirən bir şəxs kimi bunun nə qədər vacib olduğunu bildirmək istəyirəm. Salatın Əsgərova, Çingiz Mustafayev, Alı Mustafayev, Osman Mirzəyev və bir çox jurnalistlər məhz peşə fəaliyyətini yerinə yetirərkən erməni silahlıları tərəfindən qətlə yetiriliblər. Onları həlak edənlər bu günə qədər ədalət qarşısında cavab verməyiblər və hələ də Ermənistanda rahat gəzirlər. Bu jurnalistlər Ermənistanın işğal etdiyi Azərbaycan bölgələrində ermənilərin dinc insanlara qarşı törətdiyi cinayətləri, yüz minlərlə insanın öz evindən köçkün salınmasını dünyaya yaydıqları üçün məqsədli şəkildə qətlə yetiriliblər. Mən Assambleyamızı və məruzəçini bu məsələyə də diqqət yetirməyə çağırıram”.

Milli Məclisin üzvü Qənirə Paşayeva Azərbaycanda mətbuat və media azadlığı sahəsində görülən işlərdən də danışaraq qeyd edib ki, Azərbaycan müstəqilliyini 24 il əvvəl təkrar qazanmış və demokratik dövlət quruculuğu yolunu tutmuş bir ölkədir. Müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün problemləri bu məsələyə lazımi qədər diqqət ayırmağı mümkünsüz etsə də, 20 ildən artıqdır ki, mətbuat və media azadlığına böyük önəm verilir. Bu istiqamətdə çoxsaylı işlər görülüb və islahatlar aparılmaqda davam edir. Q.Paşayeva kütləvi informasiya vasitələrinə dövlət dəstəyini artırmaq üçün xüsusi qurumun yaradılmasını, bütün dünyada olduğu kimi Azərbaycanda da internet medianın geniş yayılması ilə çətin günlərini yaşayan qəzetlərə yardımlar ayrılmasını buna misal göstərib.

Mənbə
AzərTac



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=322776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR