Ərdoğandan Ollanda "soyqırım"la bağlı sərt cavab

Ərdoğandan Ollanda "soyqırım"la bağlı sərt cavab
02:39 30 Yanvar 2015
542 Dünya
Ölkə mətbuatı
A- A+

“Erməni diasporası sakit durmur. Onlar yenə aranı qarışdırmağa, saxtakarlığa davam edərək, sanki mübahisədən Türkiyə qarşı istifadə etməyə çalışırlar”.  APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib.  

 

“Belə bir şeyi qəbul etməyimiz mümkün deyil. Kimlərinsə sifarişi ilə biz “erməni soyqırımı”nı qəbul etməyə məcbur deyilik. Bizim yenə bildiririk: bu mövzuda əgər səmimisinizsə gəlin bunları tarixçilərə buraxaq. Qoy tarixçilər bu mövzu ətrafında çalışsınlar”, deyə Türkiyə prezidenti qeyd edib. 

 

Qeyd edək ki, Fransadakı Erməni Dərnəkləri Koordinasiya Komitəsinin illik yekunları ilə bağlı bir neçə gün əvvəl təşkil edilmiş şam yeməyində çıxış edən Fransua Olland bildirib ki, illərdi gərgin olan Türkiyə və Ermənistan münasibətlərində yeni başlanğıc üçün hər iki xalq tabuları yıxmalıdır.

 

“Həqiqətin üzə çıxması üçün araşdırmalar davam etdirilməlidir” - deyə   prezident bildirib.

 

Olland “soyqırım”ın 100 illiyi ilə bağlı Türkiyə hökumətindən “etiraf jesti” gözlədiyini bildirib.

 

O, həmçinin aprelin 24-də 1915-ci il hadisələrinin anım mərasimi üçün İrəvana  gedəcəyini açıqlayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR