Kürdəmirdə baş vermiş yol qəzası nəticəsində1 nəfər ölüb, 1 nəfər yaralanıb

23:52 27 Dekabr 2014
71 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 23:41 ]

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə 1 nəfərin ölümü 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bakı – Qazax magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. 09 BL 689 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını ilə Kürdəmir rayon sakini Kərimov Fikrət Sidqəli oğlunun idarə etdiyi 10 TY 306 dövlət nömrə nişanlı VAZ-2106 markalı minik maşını  toqquşub. Nəticədə VAZ markalı maşının sürücüsü hadisə yerində ölüb. Sərnişini isə Kürdəmir rayon sakini 35 yaşlı Şirəliyev Aqil Kərim oğlu müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR