Yük maşını avtobusla toqquşdu: 48 yaralı

Yük maşını avtobusla toqquşdu: 48 yaralı
04:06 30 Yanvar 2015
599 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında Türkiyədə ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə Bingöl-Muş magistralında Muş istiqamətində hərəkətdə oan sərnişin avtobusu əks istiqamətdən gələn və hələlik sürücüsü müəyyən edilməyən yük maşını ilə toqquşub. Nəticədə, sərnişin avtobusu yuvarlanaraq aşıb və içərisində olan 48 nəfər müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili yardım qrupları çağrılıb, yaralılar ambulanslarla Bingöl Dövlət Xəstəxanasına aparılıb. Ümumilikdə vəziyyətlərinin yaxşı olduğu deyilir.

Qəzada günahkar kimi isə yük maşını sürücüsü göstərilir.

Hadisə baş verəndən sonra ərazidən qaçaraq uzaqlaşan sürücünün axtarışına başlanıb, araşdırmalar davam edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=322781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR