Özünü internetdə satışa çıxardı

Özünü internetdə satışa çıxardı
05:59 30 Yanvar 2015
539 Dünya
Ölkə mətbuatı
A- A+

49 yaşlı ingilis qadın online alış-veriş saytı olan ebay-da özünü hərraca çıxarıb. Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, ebay istifadəçiləri qısa müddət ərzində qadının şəkillərini sosial şəbəkələrdə paylaşaraq internet fenomeninə çevrilməsinə səbəb olublar. 
 
Xəyalındakı həyat yoldaşını ebay-da tapmaq üçün ilk addımı atan qadın saytda öz şəkillərindən istifadə edərək elan verib. Az müddətdə məşhurlaşan qadın yalnız iki nəfərdən evlənmə təklifi alıb. Heç kəsin onunla evlənmək istəmədiyini düşünən qadın satış elanını saytdan çıxarıb. Ən böyük arzusunun Yunanıstanda yaşamaq olduğunu deyən orta yaşlı qadın elanı yunan bir dostunun təklifi ilə verdiyini deyib. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR