Fransa, Almaniya və Britaniya İstanbulda İranın nüvə probleminə dair danışıqlar aparıblar

06:32 30 Yanvar 2015
463 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Yanvar 2015 05:57 ]

Bakı-APA. İstanbulda Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri İran XİN rəhbərinin müavini ilə İranın nüvə probleminə dair danışıqlar aparıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  İranı danışıqlarda XİN rəhbərinin müavinləri Abbas Əraqçı və Məcid Taxt-Rəvançı təmsil edib. Avropa ölkələri tərəfindən danışıqlarda Nikolya Qarye (Fransa), Hans Ditrix Lukas (Almaniya) və Sayman Qass (Britaniya) iştirak edib. Görüş zamanı tərəflər İranın nüvə probleminin nizamlanması istiqamətində  birgə səyləri müzakirə edib.    

 

 

Danışıqlar fevralın 8-də Təhlükəsizlik üzrə Münhen konfransında XİN rəhbərləri səviyyəsində

Davam etdiriləcək. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR