Mətbəx sirləri: Spritsen peçenyeləri - FOTO

Mətbəx sirləri: Spritsen peçenyeləri - FOTO
07:05 30 Yanvar 2015
614 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az holland mətbəxindən Spritsen peçenyelərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi
(8 pay):

380 q kərə yağı
1 yumurta
200 q şəkər pudrası
5 q duz
15 q vanilli şəkər
500 q un

1 yumurta və kərə yağını mikserlə köpüklənincə çalın.

Şəkər pudrası, duz, vanilli şəkər əlavə edib yenə çalın.



Un qatın, taxta lövhənin üzərində əlinizlə yoğurun. Ələ yapışan kütlə alınacaq.

Xəmiri konditer torbasına yığın, iri "açıq ulduz" ucluğunu taxın (kiçik olsa, xəmiri sıxmaq çətin olacaq).



Siniyə perqament döşəyin, konditer torbasını sıxaraq ziqzaq formasında, 5 sm enində şəridlər çıxarın.

175-180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, açıq-qızılı rəng alanadək bişirin.

Peçenyeni dərhal çıxarın, 2 dəqiqə müddətində paylara bölün.

Soyudun. İstəsəniz, şokolad qlazuruna batıra bilərsiniz.



Nuş olsun!

Resept: vk.com/academy_main


Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/320065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR