Yeyib-içən qonaqlar ev sahibini bıçaqladılar

Yeyib-içən qonaqlar ev sahibini bıçaqladılar
07:36 30 Yanvar 2015
518 Sosial
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonu Lökbatan qəsdəbəsində bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, axşam saatlarında 1 saylı şəhər xəstəxanasına Təcili tibbi yardım avtomobili ilə qarnının kəsilmiş deşilmiş yarası diaqnozu ilə naməlum şəxs daxil olub. Buna baxmayaraq, üzərində cərrahi əməliyyat aparılan xəstənin həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, yaralı 34 yaşlı Kazımov Süleyman Musa oğludur. Bu qanlı hadisə barədə polisə də məlumat verilib. Müəyyən edilib ki, Süleyman Kazımov Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi, 2-ci massivdə bıçaq yarası alıb.

Məlumata görə, Süleyman Kazımov 2 nəfər tanışı ilə kirayədə yaşadığı mənzildə yeyib-içiblər. Daha sonra dostlar arasında mübahisə yaranıb və həmin şəxslərdən biri onu stolun üstündəki bıçaqla vurub.

Hadisə yerindən qaçan şəxsi polis hələlik müəyyən edərək saxlaya bilməyib. Buna görə də yenicə əməliyyat olunmuş Kazımovun özünə gəlməsi gözlənilir.

Faktı Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsi araşdırır.
Mənbə
ANS PRESS Sərxan Kamallı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=322793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR