Naxçıvanda şəxsi avtomobillərin sayı sürətlə artır

Naxçıvanda şəxsi avtomobillərin sayı sürətlə artır
08:08 30 Yanvar 2015
486 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 30 yanvar, Rauf Əliyev, AzərTAc
Muxtar respublikada ötən il 1190 ədəd şəxsi avtomobil alınıb və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən ilkin qeydiyyatdan keçirilib. Avtomobillərin əksəriyyəti dünyanın öndə gedən markalarına məxsus olub.
AzərTAc xəbər verir ki, Naxçıvanda günün tələblərinə cavab verməyən sovet istehsalı olan avtomobillərin azalması, bahalı avtomobillərin sayının isə ilbəil artması müşahidə edilir. Əhalinin bahalı avtomobillərə maraq göstərməsinin səbəblərindən biri gəlirlərin artmasıdırsa, digəri isə muxtar respublikada yol infrastrukturunun ən yüksək səviyyədə qurulmasıdır.
Qeyd edək ki, bu il yanvarın 26-dək muxtar respublikada, ümumilikdə, 37 min 993 avtomobil qeydiyyata alınıb. Onlardan 2707-si dövlət qurumlarına aiddir, 35 min 286-sı isə şəxsi avtomobillərdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_sexsi_avtomobillerin_sayi_suretle_artir-828522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR