Ukraynada “Aydar” batalyonu ləğv olunacaq

Ukraynada “Aydar” batalyonu ləğv olunacaq
08:22 30 Yanvar 2015
447 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 30 Yanvar 2015 07:53 ]


 “Ukrainskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “Aydar” batalyonunun mətbuat katibi Yuliya Yevdokimova bildirib.

 

“Batalyon buraxılır, çünki ön cəbhədə könüllülərdən ibarət batalyonlarının olması sərf etmir. Onların hamısı alay və briqadalara qatılacaq. Əsaslı “təmizlənmə” işi gedir”, deyə Yevdokimova bildirib.   

 

Yuliya Yevdokimova, həmçinin, hərbi prokurorluq tərəfindən “Aydar” batalyonunun bir neçə döyüşçüsünə qarşı cinayət işinin başlandığını təsdiqləyib.  

 

O əlavə edib ki, bu gün, yanvarın 30-da Ukrayna Müdafiə Nazirliyinin qarşısında batalyonun buraxılmasına etiraz əlaməti olaraq aksiya keçiriləcək.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR