Ölkənin mobil telefon bazarında fırıldağa bənzər sözləşmələr - ARAŞDIRMA

Ölkənin mobil telefon bazarında fırıldağa bənzər sözləşmələr - ARAŞDIRMA
08:32 30 Yanvar 2015
592 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kommersiya və ticarət sahəsindəki “qəribəliklər” tükənmək bilmir. Onların arasında qiymətlərin müxtəlif satıcılar tərəfindən eyni gündə, eyni məbləğdə artırılması ilə yanaşı, əslində fərqli və fərdi olmalı, ani ucuzlaşmalar da var. Sözün açığı, belə ucuzlaşmalar şübhəli təsir bağışlaya bilər. Məsələn, mobil telefon satışlarındakı vəziyyət təki. Bakının məşhur telefon satışı şirkətlərində, sanki, razılaşdırılmış, “ani” ucuzlaşmalar müşahidə olunur. Milli.Az bu vəziyyəti araşdırmağa çalışıb...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildirdi ki, telefon bazarında qiymətlərdəki "qəribəlik", əslində, qeyri-sağlam rəqabətin göstəricisidir. Çünki telefon monopoliyası var və qiymətlərin eyni olması da bundan xəbər verir. Ölkəyə telefon gətirən distribüterlər bir və ya iki nəfərdir. Bu hal hətta telefon satanların özlərinə də problem yaradır. Həmin telefon monopolistləri keyfiyyətsiz telefon gətirirlər, hətta onların servis xidmətləri də keyfiyyətli deyil.

Birlik sədrinin sözlərinə görə, belə halların qarşısını almaq üçün hökümətin anti-inhisar siyasəti effektli olmalıdır: "Artıq 6 ildir ölkədə anti-inhisar məcəlləsi qəbul olunmur. Qanun qəbul olunmalı və tətbiq olunmalıdır. Bu işə nəzarət edən dövlət orqanları da vəziyyəti dəyişməlidir. Dünyanın bir sıra ölkələrində bir şəhərdən digərinə gedəndə benzin qiyməti fərqli görmüşəm. Amma bizdə belə hala rast gəlmək qeyri-mümkündür".

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Milli.Az-a bildirdi ki, müqayisə aparmaq üçün hər hansı əmtəənin buraxılma ili, hansı ölkədə istehsal olunması, eyni parametrlərə, marka və modelə aid olması vacib amildir.

Nazirlik rəsmisinin sözlərinə görə, ümumilikdə isə telefon bazarı sərbəstdir. Fiziki və hüquqi şəxslər tərəfindən telefon bazarına müxtəiif telefonlar fərqli qiymətə istehlakçılara təklif olunur. Ancaq telefonların eyni qiymətə satılması və ucuzlaşması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində hər hansı məlumat yoxdur.

Anar Məmmədov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR