Tokioda yağan güclü qar 67 aviareysin təxirə salınmasına səbəb olub

Tokioda yağan güclü qar 67 aviareysin təxirə salınmasına səbəb olub
08:43 30 Yanvar 2015
491 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 30 yanvar, AzərTAc 
Yaponiya paytaxtına yağan güclü qar aviaşirkətləri Narita və Haneda beynəlxalq aeroportlarından uçan 67 reysi təxirə salmağa məcbur edib.
Meteoroloqların bildirdiyinə görə, bu qışda ilk dəfə olaraq Tokionun bir çox rayonlarında qarın hündürlüyü beş santimetri keçəcək. Avtomobil yollarının bəzi hissələrində şinlərə zəncir bərkidilməsi tələb olunur.
Güclü qar yağmasına səbəb aşağı hava təzyiqinin əsas yapon adası Hönşyunun cənubundan qərb və şimal istiqamətində hərəkət etməsi olub. Nəticədə şimaldan başlayaraq cənub istiqamətində Sakit okeandan Yapon dənizinin sahillərinədək ölkənin bütün ərazisində güclü qar yağacağı gözlənilir.
Meteoroloqlar yağan qarın daha da güclənəcəyini, istirahət günlərində Yaponiyanın qərb rayonlarına 30 santimetrədək qar yağacağını proqnozlaşdırırlar. Nəqliyyatın hərəkətində fasilələrin yaranacağı gözlənilir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tokioda_yagan_guclu_qar_67_aviareysin_texire_salinmasina_sebeb_olub-828524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR